HAQQIMIZDA

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQ BARƏDƏ ƏTRAFLI MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

APA Holdinq, Azərbaycan informasiya sektorunu operativ, qərəzsiz və tərəfsiz xəbərlərlə zənginləşdirmək, bu sektora yeni trendlər gətirmək məqsədilə yaradılıb.

 

Bizim holdinq oxucu və tamaşaçının xəbər ehtiyacını qarşılamaq üçün insan resurslarını və texnoloji infrastrukturunu inkişaf etdirib.

 

Bu gün ölkəmizdə media sahəsi üzrə ixtisaslaşan gənc, bacarıqlı və təşəbbüskar insan kapitalı formalaşmaqdadır. Bu da özü-özlüyündə ölkə mediasında inkişafı təşviq edən faktor sayılır. İnsan kapitalının real bazar iqtisadiyyatına qatdığı dəyər, ümumilikdə bu istiqamətdə inkişaf potensialını daha da artırmaqdadır. Bu paralel inkişafın media bazarında da hiss olunması üçün oxucu kütlәsinin vә dolğun xəbər istehsalının hәcmini arzu olunan sәviyyәyә çatması lazımdır.

 

Azərbaycanın ən operativ media qurumlarından olan APA Holdinq, hər kəsin dolğun məlumat almaq haqqının olduğunu yaxşı anlayır və bu sahədə bütün gücünü səfərbər edir.

 

APA Holdinqin məqsədi Azərbaycanda və dünyada oxucu sayını artırmaq və insanlarda keyfiyyətli media mənbələrinə olan marağı formalaşdırmaqla ölkənin ən çox istinad edilən media qurumu adını qoruyub saxlamaqdır.

 

APA Holdinqin bütün əməkdaşları bu məqsədə yönəlmiş fəaliyyətini davam etdirir və davam etdirəcəkdir.

 

Vüsalə Mahirqızı