ŞİRKƏTLƏR

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQƏ DAXİL OLAN ŞİRKƏTLƏR BARƏDƏ MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

  Azərbaycanda HD keyfiyyətdə yayımlanan ilk internet televiziyadır. Telekanal 29 may 2013-cü ildə canlı yayıma başlayıb.

EFİR SİYASƏTİ. Gündə 14 saat fasiləsiz yayımlanan internet televiziyada ictimai-siyasi, sosial xarakterli, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliğinə yönəlmiş ən müxtəlif səpkili verilişlər yayımlanır. Telekanalın efir siyasətində xəbər proqramlarına üstünlük verilir.

XƏBƏR SİYASƏTİ. APA TV Azərbaycan teleməkanında hər saatbaşı 10 dəqiqə xəbər bloku yayımlayan yeganə telekanaldır. Gün ərzində efirdə Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə dəqiq, qərəzsiz, tərəfsiz və operativ xəbərlər yayımlanır. APA TV-nin gündəlik efirində xəbərlərin ümumi payı 140 dəqiqədir.

XİDMƏT. Telekanal Azərbaycan tarixinə dair sənədli filmlərin çəkilməsi ilə bağlı layihələr həyata keçirir, ən müxtəlif qurumlara müqavilə əsasında audio-video çəkiliş, montaj xidmətləri göstərir.

AUDİTORİYA. APA TV-nin auditoriyası tək Azərbaycanla məhdudlaşmır, kanal internet televiziyanın üstünlüklərindən yararlanaraq xəbərlərini sosial şəbəkələrdə, “Youtube” kanalında yerləşdirməklə auditoriyasını ölkənin hüdudlarından kənaradək genişləndirməyi bacarıb. Azərbaycanda internet istifadəçilərinin mütləq əksəriyyətini öz auditoriyasına çevirmiş APA TV-nin xəbər və verilişlərinin aylıq ümumi baxışı 10 milyonu keçib.

HƏDƏF. Öz siyasətində operativlik, doğruluq və məsuliyyətlilik prinsiplərinə əsaslanan APA TV-nin hədəfi Azərbaycanın və regionun ən populyar xəbər kanalına çevrilməkdir.

 

Struktur və Trafik

Qadınlar

Kişilər

Azərbaycan

Rusiya Federasiyası

Fransa

Ermənistan

İran

Sosial şəbəkələr

Birbaşa

Axtarış sistemi

Yaş həddi

Cihazlar

29.17% 67.97% 2.86%

MÜKAFATLAR