ŞİRKƏTLƏR

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQƏ DAXİL OLAN ŞİRKƏTLƏR BARƏDƏ MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

2008-ci il iyun ayının 25-də fəaliyyətə başlayıb.

Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliyi sayılır. 

www.lent.az internet ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. "Lent.az" siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır. Hazırda "Lent.az"ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.

Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Saytımızın gündəlik istifadəçilərinin sayı 15000-ə yaxındır ki, bu da Azərbaycan miqyasında kifayət qədər böyük rəqəmdir. 

"Lent.az" bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır. Agentlik hələlik yalnız Azərbaycan dilində xəbərlər yaysa da, yaxın gələcəkdə rus və ingilis dilində də xəbər istehsalı ilə məşğul olmağı hədəfləyib.

Struktur və Trafik

Qadınlar

Kişilər

Azərbaycan

Rusiya Federasiyası

Fransa

Ermənistan

İran

Sosial şəbəkələr

Birbaşa

Axtarış sistemi

Yaş həddi

Cihazlar

32% 64% 4%

MÜKAFATLAR