ŞİRKƏTLƏR

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQƏ DAXİL OLAN ŞİRKƏTLƏR BARƏDƏ MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

Apamark (APA Advertisement & PR MMC) şirkəti 01 Mart 2016-cı ildən fəaliyyət göstərir. Marketinq və PR üzrə ixtisaslaşan şirkət qısa müddət ərzində reklam bazarında öz mövqeyini möhkəmləndirməyə nail olmuşdur. Güclü  insan resurslarından və texniki bazasından istifadə edərək Azərbaycanda fəaliyyət göstərən müxtəlif istiqamətli şirkətlər üçün fərdi marketinq həll yolları təqdim edən şirkətin uğurunun arxasında böyük bir komanda işi durur.

Daima peşəkar kadrları cəlb edir və yeni kadrlar yetişdirir.

Apamark şirkəti daima yeni kadrların yetişdirilməsində maraqlıdır. Bu məqsədlə şirkət hər il sosial Media Marketinq, veb və qrafik dizayn sahələri üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində işlər həyata keçirir.

Apamark şirkətinin fəaliyyət sahələrinə aşağıdakı xidmətlər daxildir:

Müxtəlif istiqamətli veb saytların hazırlanması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, onlayn və oflayn marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM, Yazılı tərcümə xidməti, reklam ssenarilərinin və çarxlarının hazırlanması, iOS və OS əməliyyat sistemləri üzrə müxtəlif mobil tətbiqlərin hazırlanması və s. kimi xidmətləri təklif edir.