ŞİRKƏTLƏR

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQƏ DAXİL OLAN ŞİRKƏTLƏR BARƏDƏ MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

Apasport.az saytı 2007-ci il martın 5-də yaranıb. Azərbaycan və rus dillərində fəaliyyət göstərən idman agentliyidir.

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az Azərbaycanda ilk idman agentliyi kimi fəaliyyətə başlayıb.

Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.

2012-ci Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.

Futbol və voleybol klublarımızın beynəlxalq arenada, milli komandalarımızın dünya və Avropa çempionatının seçmə qrup mərhələsindəki rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşlarımız on-line reportajlar yazmaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxucuları ilə tanış edir. Həmin görüşlərlə bağlı saytda video görüntülər və fotosessiyalar yerləşdirilir.

Struktur və Trafik

Qadınlar

Kişilər

Azərbaycan

Rusiya Federasiyası

Fransa

Ermənistan

İran

Sosial şəbəkələr

Birbaşa

Axtarış sistemi

Yaş həddi

Cihazlar

37% 59% 4%

MÜKAFATLAR