ŞİRKƏTLƏR

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQƏ DAXİL OLAN ŞİRKƏTLƏR BARƏDƏ MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

"Ailem.az" saytı 2013-cü il sentyabrın 12-də fəaliyyətə başlayıb. 

Ötən müddətdə sayt müxtəlif layihələrlə oxucuların yadında qalıb. Fəaliyyətə başladığı ilk vaxtlarda oxucular arasında keçirdiyi “Ən yaxşı sevgi mesajı” müsabiqəsi resursun ilk uğurunu təmin etdi. Bundan sonra da oxucularla müxtəlif interaktiv layihələr işlənib, əlaqələr təmin olunub.

www.ailem.az internet ünvanında yerləşən portalda ailə institutunun müxtəlif aspektləri, bu mövzuda yerli və dünya mediasında dərc olunmuş faydalı araşdırmalar və məsləhətlər, habelə, uşaq oyunları, böyüklər üçün psixoloji testlər, intim həyata dair materiallar, sevgi münasibəti ilə bağlı müxtəlif yazılar yer alır. Uşaq bölməsində dünyada və cəmiyyətdə uşaqlara münasibətin indiki vəziyyəti, valideyn rəyləri, uşaqların təlim-tərbiyəsi, qidalanması, gigiyenası ilə bağlı yazılar verilir.

Hazırda saytda tibbin 21 ixtisas sahəsi üzrə mütəxəssis-həkimlər həm oxucuların suallarını cavablandırır, həm də müxtəlif aktual mövzularda yazlarla çıxış edirlər.

"Ailəm.az" ailəmizin ən yaxın dostudur!

Struktur və Trafik

Qadınlar

Kişilər

Azərbaycan

Rusiya Federasiyası

Fransa

Ermənistan

İran

Sosial şəbəkələr

Birbaşa

Axtarış sistemi

Yaş həddi

Cihazlar

32% 64% 4%