APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

"Vesti.az” İnformasiya Agentliyinin 9 yaşı tamam olur

“APA Holding”in tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 9 il ötür.

 

"Vesti.az" yarandığı gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib, eksklüziv materialları, reportaj və müsahibələri ilə populyar internet resurslardan birinə çevrilib.

 

"Vesti.az" təkcə Azərbaycanda deyil, dünyada tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.