APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

"APA Holding"in 2 əməkdaşı KİVDF-nin keçirdiyi müsabiqənin qalibi olub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, 2018-ci ilin ilk müsabiqəsində 67 KİV-dən  169 yazı daxil olub: "Yazılar 12 ekspert tərəfindən oxunub. 90 nəfər qalib seçilib. Ən yüksək bal toplayan jurnalistlərin yazılarına Müşahidə Şurasında baxılıb, qaliblər seçilib. Hər istiqamət üzrə 6 qalib nəzərdə tutulub".

Tədbirdə V. Səfərli müsabiqəyə yazı təqdim etmiş jurnalistlərə iradını da bildirib: "Jurnalistlərin əksəriyyəti yazıları axırıncı günə saxlayırlar. Son gündə təhvil verirlər,  ordan-burdan köçürürlər".

Ekspertlər yazılar haqda müsbət və mənfi tərəfləri səsləndirəndən sonra qaliblərin adı açıqlanıb.

Müsabiqənin qalibləri arasında "Lent.az" saytının əməkdaşı Ləman Mustafaqızı , APA İnformasiya Agentliyinin əməkdaşları Cavid Zeynallı və Ramiz Mikayıloğlu da var .

Qeyd edək ki, hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub.