APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

"APA Holding"ə daxil olan Lent.az portalının baş redaktoru Ali Media mükafatına layiq görüldü

Bu gün Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali Media Mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub. "APA Holding"ə daxil olan Lent.az portalının baş redaktoru Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.