APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

APA “Telegram” platforması üzərindən yeni botunu istifadəyə verib

Bundan sonra “Telegram” istifadəçiləri asanlıqla bu mesajlaşma sistemi üzərindən agentliyə aid istənilən kateqoriyaya abunə olaraq gündəlik xəbərləri daha operativ əldə edə biləcəklər. Yeni bot vasitəsilə siz günün valyuta məzənnəsisini də öyrənə biləcəksiniz. “Telegram Bot” istifadəsi haqqında yardım bölməsində məlumat ala bilərsiniz. Telegram Bot” istifadə etmək üçün bu keçiddən istifadə etmək olar: https://t.me/apa_news_agency_bot?cta=tgbot Qeyd edək ki, bir müddət öncə APA messenger xidmətini də istifadəyə verib. Messenger botu vasitəsilə asanlıqla agentliyin xəbərlərinə abunə olmaq və seçdiyiniz kateqoriyalara uyğun yeni xəbərlərlə bağlı məlumat almaq imkanı var. Çat botda digər əmrlər direktivi ilə kateqoriyalara abunə olmaq və abunəliyi ləğv etmək mümkündür. Əlavə olaraq çat bot günün məzənnəsi kimi xidmətləri də təşkil edir. Çat botu istifadə etmək üçün bu linkdən istifadə edilməlidir: http://m.me/APA.Agency?ref=apacta