APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

Kulis.az-ın redaktoru Mirmehdi Ağaoğlu beynəlxalq hekayə müsabiqəsində qalib olub

APA Holding”ə daxil olan Kulis.az saytının redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) keçirdiyi Birinci qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.

 

APA-nın xəbərinə görə, qaliblərin mükafatlandırılması mərasimi dekabrın 19-da İranın Şiraz şəhərində keçiriləcək.

 

Müsabiqənin məqsədi İƏT-ə üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, ölkələrin daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.