APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

Gürcüstanın aparıcı KİV-i APA-nı Azərbaycanla bağlı əsas mənbə hesab edir

Gürcüstanın Media İnkişaf Fondu (MİF) yerli, Rusiya, Azərbaycan və Türkiyənin ənənəvi və yeni mediasında müsəlmanlarla bağlı mövzuların işıqlandırılması üzrə araşdırmanın nəticələrini təqdim edib. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, monitorinqin keçirilməsində məqsəd müsəlman gənclərin radikallaşmasına təsir edən faktorları və bu prosesdə KİV-in rolunu öyrənmək olub. 
 

15 iyun-15 sentyabr tarixində aparılmış media monitorinqi zamanı müəyyən olunub ki, Gürcüstanın “Rustavi 2”, “İmedi”, İctimai Televiziya (İTV) və Acarıstan İTV telekanalları müsəlmanlarla bağlı mövzuları daha geniş işıqlandırıb. İTV və “Rustavi 2” kanalı üçün bu mövzularla bağlı Azərbaycan KİV-ləri arasında əsas mənbə APAinformasiya agentliyi olub. 
 

Adıçəkilən mövzulara onlayn mediada ən çox İnterpress və PIA xəbər agentlikləri, "Netgazeti" və “Georgia & the World” nəşrləri yer ayırıb. PIA xəbər agentliyi və “Netgazeti” onlayn nəşri müsəlmanlarla bağlı mövzular üçün Azərbaycanın media qurumları arasında APA informasiya agentliyinin məlumatlarından əsas mənbə kimi istifadə edib.  
 

MİF 2008-ci ildə bir qrup peşəkar jurnalist tərəfindən yaradılıb. Təşkilat araşdırma və tədris layihələri həyata keçirməklə yanaşı, treninq, ictimai müzakirələr təşkil edir. MİF media ilə bağlı tədris və peşəkar ədəbiyyat da nəşr edir.