APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün “APAHoldinq”in qonağı olub.

 

Görüş zamanı holdinqin prezidenti Vüsalə Mahirqızı media qurumunun yaranma tarixi və fəaliyyəti barədə qonağı məlumatlandırıb.

 

O, APA-nın dünyanın müxtəlif ölkələrində bürolarının fəaliyyət göstərdiyini, bu ölkələrdən birinin də İran olduğunu qeyd edib.

 

Vüsalə Mahirqızının sözlərinə görə, büronun fəaliyyətə başlaması ilə İran barədə daha operativ və düzgün məlumatlar əldə etmək imkanı yaranıb. 

 

İran-Azərbaycan münasibətlərindən də danışan holdinq rəhbəri bu münasibətlərin yüksək səviyyədə olduğunu əlavə edib, iki ölkənin media orqanları arasında əməkdaşlığın bu əlaqələrə müsbət töhvə verə biləcəyini diqqətə çatdırıb.

 

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib. O, münasibətlərin inkişafında medianın böyük rolu olduğunu vurğulayıb.

 

Səfir APA İnformasiya Agentliyi haqqında da danışaraq, agentliyin fəaliyyətini yüksək qiymətləndirib.

 

Görüşdə iki ölkənin media qurumları arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi qeyd olunub, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.