APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

APA Holding "Azərkitab"la əməkdaşlıq edəcək

“APA Holdinq” ilə Azərkitab kitab təbliğatı mərkəzi arasında əməkdaşlıq görüşü keçirilib.“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu yeni yaradılmış Azərkitab kitab təbliğatı mərkəzinin qonağı olub, buranın şəraiti və imkanları ilə tanış olduqdan sonra mərkəzin rəhbərliyi ilə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.