APA HOLDİNG

ÇEVİK, OPERATİV, KOORDİNASİYALI MEDİA QURUMU

APA-nın fotoqrafları İslamiadanı işıqlandıranlar arasında ən yaxşılardan olublar

Muzey Mərkəzinin sərgi Qalereyasında "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı foto sərgi açılıb.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatdığını bildirib.

 

O qeyd edib ki, yarışlarda Azərbaycan fotoqraflarının əməyi böyük olub : "21 idman növü üzrə 54 ölkənin qatıldığı yarışmada 6000 idmançı öz gücünü sınayıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirib. Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər".
 

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyinin diplomu ilə təltif edilib. 
 

Sonra fotoqraflar mükafatlandırılıb. Mükafata layiq görülən ən yaxşı foto müəllifləri arasında APA İnformasiya Agentliyinin fotoqrafları Ramil Zeynalov və Nicat Əlili də olub.

 

Qeyd edək ki, sərgidə 54 müəllifin 200 dən çox işi nümayiş olunur.