HAQQIMIZDA

BU BÖLMƏDƏ SİZ APA HOLDİNQ BARƏDƏ ƏTRAFLI MƏLUMAT ƏLDƏ EDƏ BİLƏRSİNİZ

APA HOLDİNG ƏMƏKDAŞLARI ÜÇÜN PEŞƏ DAVRANIŞ KODEKSİ

1

Jurnalist söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşır.

2

Jurnalist yalnız fakta əsaslanan məlumatı yaymalı, onu gizlətməməli və ya əldə etdiyi informasiyanı saxtalaşdırmamalıdır.

3

Jurnalist qeyri-dəqiq və ya yanlış informasiya yaydığını bildiyi andan onu düzəltmək üçün əlindən gələni etməlidir.

4

Məlumatın mənbəyi məxfi qalmaq istədikdə onun bu hüququnu qorumaq jurnalistin peşə borcudur.

5

Jurnalist irqi, cinsi, dini, etnik, siyasi və sosial mənşəyə görə ayrı-seçkiliyə yol verməməli, bunun qarşısının alınması üçün səy göstərməlidir.

6

Aşağıdakılar jurnalist üçün ciddi peşə xətaları hesab olunur: plagiat, böhtan, qərəzli, əldə edilmiş informasiyanı yaymaq, yaxud yaymamaq pul almaq, şəxsi həyata müdaxilə.

7

İctimaiyyətə məlum olmamışdan əvvəl jurnalist əldə etdiyi informasiyanın ədalətsiz və qərəzli olduğunu bilirsə, bu informasiyanı yaymamalıdır.

8

Müəssisə rəhbərinin icazəsi olmadan qurumun adından təmsilçiliyə, mediada çıxışlara yol verilmir.

9

Jurnalist mənsub olduğu kollektiv daxilində iş yoldaşlarına hörmətlə yanaşmalı, davranış qaydalarına əməl etməli, işgüzar mühitə xələl gətirən əməllərə yol verməməli, subordinasiya normalarını gözləməlidir.