Ailem.az

Lent.az İnformasiya Agentliyi 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinə xidmət göstərir.
 
Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan informasiya saytlarından biridir. www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.
 
Fəaliyyətdə olduğu 6 il ərzində Lent.az, əksəriyyəti Azərbaycanda ilk dəfə olmaqla, çoxsaylı layihə və aksiyalar həyata keçirib. Təkcə son 2 il ərzində oxuculara dünyanın ən qaynar bölgələrindən – Suriya, Əfqanıstan, İraq, Pakistan, Dağıstan və başqa yerlərdən canlı xəbər və reportajlar təqdim edib. Bundan başqa, İtaliya, Rusiya Federasiyasının ucqar regionları, Türkiyənin risk altında olan sərhəd bölgələrindən də çoxsaylı materiallar hazırlanıb.
 
Bundan başqa, Lent.az Azərbaycan tarixinin ən mühüm məqamları barədə araşdırmalara yer verib və bu davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə və fəaliyyətinə həsr olunmuş “Cümhuriyyətimiz” layihəsi, azərbaycanlıların İkinci Dünya Müharibəsində iştirakının unudulmuş səhifələrinə işıq salan “Döyüşçü gündəliyi”, “Partizanlar”, Birinci Qarabağ savaşının tarixini şahidlərin dilindən çatdıran “Döyüş tarixi”, “Kəşfiyyatçının xatirələri”, xüsusilə Xocalı qətliamından sağ qurtularaq,  əsirlikdə olmuş insanların gördüyü işgəncələri dünyaya çatdıran “Əsir düşərgəsi” rubrikaları bu sıradadır.
 
Lent.az Azərbaycan mədəniyyəti və ədəbiyyatının da tarixinə, bu gününə və inkişafına hər zaman xüsusi diqqət ayırıb.
 
Bunlarla yanaşı, Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.
 
"Lent.az"ın törəmə müəssisələri olaraq hazırda kulis.az ədəbiyyat saytı və ailəm.az sosial layihəsi də fəaliyyət göstərir. 
 
Ailem.az saytı 2013-cü il sentyabrın 12-dən istifadəçilərin ixtiyarındadır. 
Ötən bir ildən artıq müddətdə ailem.az saytı müxtəlif layihələrlə oxucuların yadında qalıb. Fəaliyyətə başladığı ilk vaxtlarda oxucular arasında keçirdiyi “Ən yaxşı sevgi mesajı” müsabiqəsi resursun ilk uğurunu təmin etdi. Bundan sonra da oxucularla müxtəlif interaktiv layihələr işlənib, əlaqələr təmin olunub.
 
www.ailem.az ünvanında yerləşən portalda ailə institutunun müxtəlif aspektləri, bu mövzuda yerli və dünya mediasında dərc olunmuş faydalı araşdırmalar və məsləhətlər, habelə, uşaq oyunları, böyüklər üçün psixoloji testlər, intim həyata dair materiallar, sevgi münasibəti ilə bağlı müxtəlif yazılar yer alır. Uşaq bölməsində dünyada və cəmiyyətdə uşaqlara münasibətin indiki vəziyyəti, valideyn rəyləri, uşaqların təlim-tərbiyəsi, qidalanması, gigiyenası ilə bağlı yazılar verilir.
 
Hazırda saytda tibbin 21 ixtisas sahəsi üzrə mütəxəssis-həkimlər həm oxucuların suallarını cavablandırır, həm də müxtəlif aktual mövzularda yazlarla çıxış edirlər.
 
Ailəm.az” ailəmizin ən yaxın dostudur!