"Kulis.az" İnternet dərgisi

                                                                          

Kulis.az internet jurnalı 2011-ci ilin aprelindən fəaliyyət göstərir. İnternet jurnalı kulturoloji mövzulara xüsusi əhəmiyyət verir. Tanınmış ədəbiyyat adamları və mədəniyyət xadimləri mütəmadi olaraq kulis.az-da müəllif yazıları ilə çıxış edirlər.

 

Jurnal Azərbaycanın ədəbiyyat və incəsənətinin təbliği, təhlili və tanıdılması istiqamətində çevik fəaliyyət göstərir. Jurnalda dünya ədəbiyyatı, teatrı, kinosu haqqında da analitik və tərcümə materialları yayımlanır.

 

Bundan əlavə jurnalda cəmiyyətimizin sosial-fəlsəfi problemləri ilə bağlı analitik məqalələr təqdim olunur.