"Lent.az İnformasiya Agentliyi MMC

2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Hazırda Azərbaycanda ana dilimizdə ən çox oxunan informasiya agentliyi sayılır. www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytımızda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır. Hazırda Lent.az-ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.

Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Saytımızın gündəlik istifadəçilərinin sayı 15000-ə yaxındır ki, bu da Azərbaycan miqyasında kifayət qədər böyük rəqəmdir. 

Lent.az – bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır. Agentliyimiz hələlik yalnız azərbaycanca xəbərlər yaysa da, yaxın gələcəkdə rus və ingilis dilində də xəbər istehsalı ilə məşğul olmağı hədəfləyib.